İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ-ni yenə sel vurdu: 200-dən çox reys ləğv edildi və ya gecikdi

1122 20.12.2025 11:19 Dünya A A

Birləşmiş Ərəb Əmirliklərində güclü leysan yağışları səbəbindən 200-dən çox aviareys ləğv edilib və ya gecikdirilib.

Musavat.com xəbər verir ki, məlumata görə, 19 dekabr tarixində ölkəyə son ayların ən güclü yağışı düşüb, nəticədə iri şəhərlərdə yolları su basıb.

BƏƏ hava limanlarının rəhbərliyi uçuşların təhlükəsizliyi məqsədilə kütləvi gecikmələr və ləğvlər barədə qərar qəbul edib. Xüsusilə Dubay və ətraf bölgələrdə nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

Qeyd edək ki, BƏƏ-də son böyük sel hadisəsi 2024-cü ilin aprelində qeydə alınmışdı. Həmin vaxt 76 ilin ən güclü yağışları ölkədə genişmiqyaslı daşqınlara səbəb olmuş, 2 mindən çox reys ləğv edilmiş, azı 4 nəfər həyatını itirmiş, Dubayın həyatı isə bir neçə gün iflic vəziyyətinə düşmüşdü.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR