Naməlum şəxslər Belçikanın Genappe şəhərindəki Napoleonun qərargah-muzeyini qarət edib və imperatorla əlaqəli qiymətli əşyaları oğurlayıblar.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, soyğunçuluq 17-18 dekabr gecəsi baş verib. RTBF televiziya kanalının məlumatına görə, iki oğru muzeyə pəncərədən daxil olub. İçəri girdikdən sonra onlar bir neçə vitrini sındırıb və eksponatları oğurlayıblar.
Oğurlanan əşyalar arasında Napoleon Bonapartla əlaqəli 18 karatlıq 5 brilyantla işlənmiş qızıl üzük də olub. Mövcud məlumata görə, bu üzük imperatorun 18 iyun 1815-ci ildə Vaterloo döyüşündə məğlubiyyətindən sonra tapılıb.
Napoleonun hakimiyyəti dövründən qalma qızıl və gümüş sikkələr də kolleksiyadan itib. Muzey oğurlanmış əşyaların ümumi dəyərini açıqlamayıb.
Vallon Brabant prokurorluğu istintaq açıb və hadisənin şərtlərini müəyyən edir. Oğurlanmış eksponatların axtarışı davam edir.
Musavat.com






