İnsanlara hürriyət, millətlərə istiqlal!

Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı - VİDEO

1206 05.02.2026 17:02 Kriminal A A

“Hadisə saat 5-dən sonra olub. Ancaq necə baş verdiyini və düşmənimin kim olduğunu bilmirəm”.

Musavat.com xəbər verir ki, bunu Ağcabədi rayonunun Aşağı Avşar kəndində bıçaqlanan 7 yaşlı uşağın atası Rəşad Bəşirov deyib.

O bildirib ki, bıçaqlanma evlərinin yaxınlığında olub:

“Oğlum deyir ki, darvazanın yaxınlığında oynayırmış. Onu bıçaqlayan uşaq gəlib və oğlumu çağırıb aparıb. O, bir az uzaqlaşandan sonra övladıma 19 bıçaq zərbəsi vurub. Yarası dərindir”.

Rəşad Bəşirov 4 övladının olduğunu bildirib.

Xatırladaq ki, Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 12 yaşı olduğu bildirilir.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkimi Azad Hüseynov bildirib ki, ötən gün axşam saat 6 radələrində azyaşlı xəstəxanaya çatdırılıb və onun bədənində 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar müəyyən olunub:

“Xəstədə kəskin qanitirmə müşahidə olunurdu.Təcili əməliyyat blokuna götürüldü, bütün yaralar işləndi və əməliyyat olundu. Xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə verildi. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR