İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir həftədə yüzlərlə mina və sursat zərərsizləşdirildi

629 16.03.2026 17:34 Ölkə A A

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.03.2026 - 15.03.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Milli.Az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 129 piyada əleyhinə mina, 194 tank əleyhinə mina, 724 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1234,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR