Qrenlandiyanın beş əsas siyasi partiyasının liderləri ABŞ prezidenti Donald Trampın ada ilə bağlı son açıqlamasına birgə bəyanatla cavab verib.
Musavat.com-un məlumatına görə liderlər vurğulayıblar ki, adanın gələcəyini yalnız qrenlandiyalılar müəyyən etməlidir.
Bəyanatda qeyd olunur:
“Biz amerikalı olmaq istəmirik, biz danimarkalı olmaq istəmirik, biz qrenlandiyalı olmaq istəyirik… Gələcək yalnız Qrenlandiyanın öz vətəndaşlarının qərarı olmalıdır".
Hadisə ABŞ-Qrenlandiya münasibətlərində yeni gərginlik nöqtəsi yaradıb və Trampın açıqlamaları fonunda ada əhalisinin milli kimlik və müstəqillik mövqeyini güclü şəkildə nümayiş etdirir.
Musavat.com






