İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də İran şoku: Əraqçinin adı siyahıdan silindi, çıxışına qadağa qoyuldu

710 13.02.2026 11:48 Dünya A A

İranın xarici işlər naziri Abbas Əraqçi BMT platformasında böyük rüsvayçılıqla üzləşib.

Musavat.com xəbər verir ki, fevralın 23-də keçiriləcək BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında çıxış edəcək natiqlərin yenilənmiş siyahısından İranın baş diplomatının adı çıxarılıb.

Bu qərar beynəlxalq ictimaiyyətin və insan hüquqları müdafiəçilərinin həyata keçirdiyi genişmiqyaslı etiraz kampaniyasından sonra verilib.

"Mikrofonu götürsə, zalı tərk edin!"

Xəbərdə qeyd olunur ki, Əraqçinin çıxışının qarşısını almaq üçün başladılan onlayn kampaniya qısa müddətdə nəticə verib. Kampaniya çərçivəsində BMT-yə nazirə verilən dəvətin geri alınması üçün təzyiqlər edilib. Digər ölkələrin nümayəndə heyətlərinə isə çağırış edilib ki:

"Əgər Əraqçi və ya hər hansı digər İran rəsmisi mikrofonu götürüb danışmağa başlasa, bütün nümayəndələr nümayişkaranə şəkildə zalı tərk etsinlər".

Məhz bu kütləvi boykot təhlükəsi və İranda insan hüquqlarının pozulması ilə bağlı artan ittihamlar BMT rəhbərliyini geri addım atmağa məcbur edib. Analitiklər hesab edir ki, bu hadisə Tehranın beynəlxalq arenada manevr imkanlarının nə dərəcədə daraldığını nümayiş etdirir.

Qeyd edək ki, İran tərəfi hələlik bu diplomatik "şapalaq"la bağlı rəsmi reaksiya verməyib. Lakin Tehranın bu hadisəni "Qərbin siyasi oyunu" adlandıracağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR