İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT nümayəndəsi: “Azərbaycanın WUF13-ün tarixində xüsusi irs yaradacağına inanıram”

251 27.02.2026 11:10 Siyasət A A

BMT nümayəndəsi: “Azərbaycanın WUF13-ün tarixində xüsusi irs yaradacağına inanıram”

Builki forum xüsusilə önəmlidir. Hazırda məskunlaşma böhranı kəskin xarakter alıb.

 Musavat.com xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında  BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Abera Yemeru bildirib. O, bildirib ki, mövcud boşluqlar, o cümlədən qlobal gündəliyin növbəti 10 ilini müəyyən etməliyik: “BMT bu ilin iyul ayında yenidən toplaşacaq. Növbəti 10 il üçün proqram qəbul ediləcək. Əsas tematik mesajlar isə bunlardır:qlobal məskunlaşma böhranına son qoymaq;

1.1 milyard insanın qeyri-formal yaşayışını nisbətən azaltmaq;

Bu böhranı həll etməmiş dayanıqlı inkişaf məqsədlərinə nail ola bilməyəcəyik”.

BMT nümayəndəsi eyni zamanda qeyd edib ki, konkret təşəbbüslərin səslənəcəyinə ümid edir: “Tədbirə maraq yüksək səviyyədədir. Azərbaycanın forumun tarixində xüsusi irs yaradacağına inanıram”.

Nigar HƏSƏNLİ
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR