Musavat.com xəbər verir ki, Braziliyada “Hot Wheels Epic Show” adlı möhtəşəm tamaşa faciə ilə nəticələnib. 36 yaşlı motosikletçi Lurrike Ferrarri Peñya şəhərindəki Beto Carrero World parkında keçirilən nümayiş zamanı həyatını itirib.
Hadisə idmançının yüksək sürətlə növbəti trükü yerinə yetirərkən nəzarəti itirərək rampaya çırpılması nəticəsində baş verib. Zərbə anını onlarla tamaşaçı canlı şəkildə görüb. Şou dərhal dayandırılıb, lakin bütün tibbi müdaxilələrə baxmayaraq, motosikletçinin həyatını xilas etmək mümkün olmayıb.
Musavat.com






