Xalq artisti Brilliant Dadaşova və “Avroviziya” təmsilçimiz Aysel Məmmədova (Aisel) ilk birgə musiqi layihələrini təqdim ediblər.
Musavat.com xəbər verir ki, sənətçilər “Ayrı düşdük” adlı yeni mahnını səsləndiriblər.
Mahnının sözləri tanınmış şair Nəriman Abbaszadəyə, musiqisi isə Ayselin özünə məxsusdur.
Musiqi videosu rejissor Royal Djafarov tərəfindən ekranlaşdırılıb.
“Ayrı düşdük” nakam sevginin dərin kədərini və hələ də davam edən gizli bağlılığı ifadə edən bir əsər kimi təqdim olunub. Mahnının melodik xətti və sözlərin emosional yükü dinləyicilərə həm kədər, həm də xatirələrlə dolu duyğular yaşadıb.
Musavat.com






