Böyük Britaniya hökuməti 2029-cu ilə qədər müdafiə xərclərinin ÜDM-nin 3 faizinə çatdıraa bilməyəcək.
Musavat.com xəbər verir ki, bu qənaətə "i" qəzeti (Daily Mail və General Trust media qrupunun bir hissəsi-red.) mənbələrin məlumatları əsasında gəlib.
Qəzetin mənbələri baş nazir Keir Starmerin ofisi, Xəzinədarlıq və Müdafiə Nazirliyi arasında bu prosesi necə sürətləndirmək barədə danışıqların davam etdiyini bildirib: "Lakin məlumatlı mənbələr 3 faiz hədəfinə hazırkı parlamentin sonuna qədər nail olmaq ehtimalının az olduğunu bildirirlər".
Maliyyə Tədqiqatları İnstitutunun hesablamalarına əsasən, dörd ildən az müddətdə bu səviyyəyə çatmaq üçün maliyyələşdirmənin 13-14 milyard funt sterlinq (17,7-19 milyard dollar) artırılması tələb eolubacaq. Bu, Ədliyyə Nazirliyinin bütün büdcəsinə bərabərdir.
Fevralın 15-də Starmer müdafiə xərclərinin artırılmasını dəstəkləyərək, Rusiyanın Ukraynada sülh əldə olunsa belə, Birləşmiş Krallıq üçün yarada biləcəyi təhlükəni qeyd edib.
Musavat.com






