İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsselin küçələri kartofa qərq oldu: fermerlərdən etiraz - VİDEO

497 19.12.2025 23:08 Dünya A A

Sosial şəbəkələrdə Brüsselin mərkəzi küçələrindən yayılan videogörüntülər fermerlərin kütləvi etiraz aksiyalarının miqyasını açıq şəkildə nümayiş etdirir.

Musavat.com xəbər verir ki, kadrlarda yol və meydanlara tonlarla kartofun səpildiyi görünür. Aksiya Avropa İttifaqının mövcud ticarət siyasətinə qarşı açıq narazılıq mesajı kimi qiymətləndirilir. 

Fermerlər subsidiya mexanizmlərindən, idxal-ixrac qaydalarından və kənd təsərrüfatı məhsullarının qiymət siyasətindən narazı olduqlarını bildirərək, bu qərarların onların maraqlarına zidd olduğunu vurğulayıblar.

Etiraz aksiyaları Aİ-nin paytaxtında geniş rezonans doğurub. Nəticədə Brüsselin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkətində müvəqqəti çətinliklər yaranıb, şəhər daxilində hərəkət qismən məhdudlaşdırılıb. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR