İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu gecə "Dolunay” var” - Lətifədən yeni layihə

655 21.04.2026 20:19 Şou-biznes A A

Müğənni Lətifə uzun müddətdir üzərində çalışdığı "Dolunay" adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edib. 

Musavat.com xəbər verir ki, bəstənin müəllifi və aranjimançısı Güneldir. Ekran işinin ssenarisini Lətifə özü yazıb.

Beynəlxalq komandanın iştirakı ilə hazırlanan işdə Türkiyə və Amerikadan olan mütəxəssislər çalışıb. Videonun rejissorları İlona və Volian, eləcə də peşəkar stilist və kostyum dizaynerləri bir araya gələrək kino üslubunda, xüsusi effektlərlə zəngin bir atmosfer yaradıblar.

Yeni işindən danışan Lətifə klipin ərsəyə gəlməsindən və mahnının mənasından bəhs edib:

"Dolunay" sadəcə bir mahnı deyil - bu, insanın daxili dünyasına baxışdır. Tam ay zamanı insanın həm işıqlı, həm də qaranlıq tərəfləri üzə çıxa bilər: həssaslıq da, aqressiya da, dəyişmək istəyi də. Keçmişin kölgələri və duyğuların ən dərin qatları məhz bu anda daha aydın hiss olunur.

Müasir dövrdə münasibətlər diqqət və hisslər uğrunda bəzən rəqabətə çevrilir. Amma bu hekayə xatırladır: ən vacibi öz dəyərini qorumaq və kimliyini itirməməkdir.

"Dolunay" hiss etmək, dəyişmək və özünü yenidən kəşf etmək haqqında bir hekayədir".

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR