Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Aşqabadda keçirilən görüşdə S-400 zenit raket kompleksləri mövzusu müzakirə olunmayıb.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlayıb.
Peskov qeyd edib ki, "bu mövzu gündəlikdə deyildi" və bu, "Bloomberg"in yaydığı məlumatla üst-üstə düşmür.
Agentliyin xəbərində iddia olunur ki, Ərdoğan son görüşdə Türkiyənin S-400-ləri geri qaytarmaq istədiyini Putinə çatdırıb.
Musavat.com






