İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədən aqressiv hərəkət: Hərbi təyyarələr radara alındı

733 07.12.2025 09:13 Dünya A A

Çinin "Liaoning" təyyarədaşıyan gəmisindən havaya qalxan J-15 qırıcı təyyarələri Okinavanın cənub-şərqində radarlarınıYaponiyanın F-15 qırıcı təyyarələrinə yönəldiblər.

Musavat.com xəbər verir ki, məlumatı Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi açıqlayaraq, Tokionun Pekinə etiraz etdiyini bildirib: "Bunun baş verməsi son dərəcə təəssüf doğurur. Biz Çin tərəfinə sərt etiraz bildirmişik və belə bir halın təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görülməsini tələb etmişik. Bu, təhlükəsiz uçuşlar üçün lazım olandan kənara çıxan təhlükəli bir hərəkət idi".

Nazirin sözlərinə görə, ilk hadisə Okinavanın cənub-şərqində baş verib, beynəlxalq sularda üzən Çinin "J-15" qırıcı təyyarəsi "Liaoning" təyyarədaşıyan gəmisindən havaya qalxaraq, radarlarını Yaponiyanın F-15 qırıcı təyyarəsinə yönəldib, bu, üç dəqiqə müddətində davam edib. 31 dəqiqə davam edən ikinci hadisə iki saat sonra oxşar şəraitdə və eyni ərazidə baş verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR