Ukrayna Çexiyanın təşəbbüsü ilə bu il 1,8 milyon artilleriya mərmisi alıb.
Musavat.com xəbər verir ki, bu məlumatı Çexiyanın istefaya gedən Baş naziri Petr Fiala X hesabında paylaşıb.
O, 2025-ci ilin sonuna qədər Ukraynaya 1,8 milyon iriçaplı sursat tədarük etmək niyyətini bir daha təkrarlayıb: "Təsdiqləyə bilərəm ki, bu gün bu məqsədə çatmışıq".
2024-cü ilin əvvəlində Çexiya Ukrayna Silahlı Qüvvələri üçün Qərb ölkələrinin hesabına üçüncü ölkələrdən mərmi almaq təşəbbüsü ilə çıxış edib. Çexiya mediasının məlumatına görə, bu təşəbbüsə təxminən 20 Qərb ölkəsi qoşulub.
Musavat.com






