İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəhəri QAR VURDU - 5 nəfər öldü, 1 milyon insan işıqsız qaldı - FOTO

1484 26.01.2026 12:30 Dünya A A

ABŞ-yə təsir edən qar fırtınası və donma temperaturu səbəbindən 14.000-dən çox uçuş ləğv edilib və təxminən 950.000 insan elektriksiz qalıb.

Musavat.com xəbər verir ki, ABŞ-nin mərkəzi və şimal-şərq ştatlarında, əsasən Texas, Nyu-York, Nyu-Cersi və Vaşinqtonda başlayan qar fırtınası və donma temperaturu gündəlik həyata mənfi təsir göstərib.

Nyu-York şəhərinin meri Zohran Mamdani bildirib ki, indiyə qədər açıq havada 5 evsiz insan ölü tapılıb və bu rəqəm arta bilər.

Mamdani deyib: "Onların ölümünün dəqiq səbəbini hələ bilmirik, amma bu bizə həddindən artıq soyuqların, xüsusən də evsiz insanlar üçün nə qədər təhlükəli ola biləcəyini xatırladır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR