İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslərə ödənilən məbləğin yuxarı həddi artırılıb

829 03.03.2026 16:50 Ölkə A A

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxs üçün nağd qaydada ödənilən məbləğin yuxarı həddi artırılıb.

Musavat.com xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.

Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi 30 manat məbləğində müəyyən edilib.

Məlumat üçün bildirək ki, bu məbləğ daha əvvəl 20 manat idi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR