İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu təşkilatın Qarabağ sindromu davam edir- ikili standartlar anbaan ifşa olunur  

625 19.02.2026 16:14 Siyasət A A

Xəbər verdiyimiz kimi, “Amnesty İnternational” adlanan beynəlxalq qurum  Azərbaycanın daxili işlərinə yenidən burnunu soxmağa başlayıb.

Bu yaramaz təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers Azərbaycan tərəfindən layiqli şəkildə, hüquqla cəzalandırılan Ermənistan separatçılarının və milyarder Ruben Vardanyanın məhkəmə proseslərini “saxta” adlandırıb. “Amnesty İnternational” beynəlxalq səviyyədə hüquq müdafiəsi təşkilatı kimi tanınsa da, uzun illərdir münaqişələrdə obyektiv mövqe sərgiləmədiyinin ən çox şahidi Azərbaycan olub.

2020-ci ilin II Qarabağ savaşına qədər və ondan sonrakı dövrdə-bu günə qədər susan qurum erməni terrorçularına və cinayətkar milyarderə hökm oxunan kimi “insan hüquqları adı altında” həyasızlığa başlayıb. Amma “necə deyərlər, it hürər, karvan keçər”.

sa.jpg (54 KB)

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirdi ki, “Amnesty İnternational” özünü bitərəf beynəlxalq təşkilat kimi aparmaqdansa, ermənilərdən betər erməniçilik edir:

“Vardanyan separatizmi dəstəkləyib, terrorizmi maliyyələşdirib, çoxsaylı insanların qətlində iştirak edib. Belə ki, Qarabağ separatçılarına maliyyə yardımı göstərməklə onların bütün hərəkətlərinə şərik olub. Hətta bəzən bu cür qeyri-qanuni əməllərin ilhamvericisinə çevrilib. Belə bir cinayətkarı müdafiə etmək nə əxlaqa, nə qanuna, nə də mənəviyyata uyğun deyil.

Əgər “Amnesty İnternational” təşkilatı insan hüquqlarının müdafiəsinə ədalətli yanaşırsa, onda ilk öncə bu suala cavab verməlidir ki, Vardanyan Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazisində nə edirdi. Çünki Vardanyan nə Ermənistanda, nə də başqa bir ölkənin ərazisində həbs edilməyib, Qarabağda tutulub.

Bundan başqa Vardanyan və onun maliyyələşdirdiyi terrorçu-separatçılar yüzlərlə azərbaycanlını qətlə yetirib. Bu faktlar təsdiqini tapıb. Lakin beynəlxalq təşkilatlar, o cümlədən, “Amnesty İnternational” həmin şəxslərin hüquqları haqqında nəinki heç bir tədbir görmür, heç bu haqda danışmır. Bu ikili yanaşmadır.

İnsan hüquqları məsələsini siyasətə çevirmək olmaz. Bu bütün dünyaya böyük fəlakətlər gətirər. Təəssüf ki, “Amnesty İnternational” kimi təşilatlar bunu görmək istəmirlər. Axı yüzlərlə insanın qətlində iştirakı sübut edilən, separatçıya cəza verən məhkəmə prosesini necə "fars" adlandırmaq olar? Bu ədalətsizlikdir və “Amnesty İnternational”ın özünün açıqlaması cəfəngiyatdan başqa bir şey deyil”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR