Macarıstan Avropa Komissiyasının Ukraynaya maliyyə dəstəyini təmin etmək üçün hazırladığı 90 milyard avroluq ehtiyat planının qəbulunu bloklayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Politico" yayıb.
Söhbət Ukraynanı uzunmüddətli maliyyələşdirmə məqsədilə Avropa İttifaqı tərəfindən böyük həcmli eurobondların buraxılması planından gedir. Brüssel bu mexanizmi Budapeştin əvvəlki vetosunu aşmaq üçün “alternativ yol” kimi nəzərdən keçirirdi.
Lakin Macarıstanın bu dəfə də prosesə mane olması Avropa İttifaqında narahatlıq yaradıb. Diplomatik mənbələr bildirir ki, Macarıstanın mövqeyi yenidən Aİ daxilində Ukrayna yardımının taleyini qeyri-müəyyən vəziyyətə salıb.
Hazırda Brüssel yeni yollar axtarır, lakin AB rəsmiləri etiraf edir ki, Budapeştin vetosu mexanizmi praktiki olaraq dalana dirəyir.
Musavat.com






