İnsanlara hürriyət, millətlərə istiqlal!

Buşehr AES VURULDU - Rusiya vətəndaşlarını təcili təxliyə edir

920 04.04.2026 18:46 Dünya A A

İrandakı "Buşehr" atom elektrik stansiyasına endirilən zərbədən təxminən 20 dəqiqə sonra oradakı Rusiya vətəndaşları ərazini tərk ediblər.

Musavat.com xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçov jurnalistlərə məlumat verib.

Məlumata görə, 198 nəfər rusiyalı mütəxəssisi daşıyan avtobuslar artıq stansiyanı tərk edərək İranın Ermənistanla sərhədinə doğru istiqamət alıb.

"Planlaşdırılır ki, 2-3 sutka ərzində yoldaşlarımız bütün İran ərazisini təhlükəsiz şəkildə keçərək öz evlərində olacaqlar", - Lixaçovun "İnterfaks"a istinadən verdiyi açıqlamada deyilir:

Təxliyə edilən şəxslərin Rusiyaya uçuşu İrəvan hava limanından həyata keçiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR