İnsanlara hürriyət, millətlərə istiqlal!

Cabir İmanovun xanımı ilə FOTOlar paylaşdı

1309 10.01.2026 15:07 Şou-biznes A A

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva paylaşımı ilə diqqət çəkib. 

Müğənni mərhum Əməkdar artist Cabir İmanovun xanımı Zara İmanova ilə fotolar yayımlayıb. Safurə şəkillərin Türkiyədə lentə alındığını bildirib. 

O, Z.İmanova ilə 13 ildir rəfiqə olduqlarını vurğulayaraq "Çox dəyərli dostumla. 13 il sürən dostluq. Yaxşı ki, varsan" sözlərini yazıb. 

Qeyd edək ki, Cabir İmanov ötən ilin sentyabrında qəfil ürəktutmasından vəfat edib. Onun Zara İmanova ilə nikahından iki övladı var. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR