İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbhədə müharibə, arxada Moskva klinikası: Sırski qalmaqalı

1169 05.01.2026 12:41 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski 86 yaşlı atasının müalicə xərclərini Moskva vilayətində yerləşən özəl klinikada ödəyib.

Musavat.com xəbər verir ki, bu barədə "SHOT Telegram" kanalı məlumat yayıb.

Kanalın iddiasına görə, Stanislav Sırskinin səhhətində problemlər ötən ilin dekabr ayının sonunda aşkarlanıb və ona pnevmoniya diaqnozu qoyulub. Daha sonra o, Vladimir şəhərindən Moskva vilayətinə köçürülüb.

Məlumata əsasən, həkimlər xəstənin vəziyyətini stabilləşdirə biliblər. Lakin SHOT-un yazdığına görə, Stanislav Sırski artıq müstəqil şəkildə hərəkət edə bilməyəcək.

Rəsmi Kiyev və Aleksandr Sırskinin özü yayılan məlumatlarla bağlı hələlik açıqlama verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR