İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Kipr Aİ Şurasına sədrlik edir - Xristodulidisdən Türkiyə açıqlaması

567 02.01.2026 18:13 Dünya A A

“Cənubi Kipr Avropa İttifaqı Şurasına sədrliyi mühüm və həlledici bir mərhələdə qəbul edir, yerli hökumət fəaliyyətinin tez bir zamanda konkret nəticələr verməsinə çalışır”.

Musavat.com xəbər verir ki, bu barədə Kipr prezidenti Nikos Xristodulidis “Euronews”a açıqlamasında bildirib.

“Bu 6 ay ərzində bizim üçün ən vacib məsələ nəticələri görməkdir. Hazırlıq mərhələsini başa vurduqdan sonra diqqətimizi nəticələrə, hədəflərimizə yönəltmişik - Avropanın strateji muxtariyyətinə nail olmaq, Aİ-nin dünyaya açıq qalması. Digər tərəfdaşlarımızla, qalan 26 üzv dövlətlə, Komissiya və Avropa Parlamenti ilə əməkdaşlığa tam hazırıq; bir daha təkrar edirəm - məqsədimiz nəticələrə çatmaqdır”, - o qeyd edib.

Xristodulidis Ukraynanı dəstəkləməyə davam edəcəklərini də bir daha təsdiqləyib, ölkənin Rusiya hərbi müdaxiləsi ilə üzləşdiyini xatırladıb.

O, Türkiyə məsələsinə də toxunub: “Kipr öz institusional rolunu yerinə yetirəcək - bunu necə etməyi çox yaxşı bilir. Türkiyə ilə də namizəd ölkə statusuna uyğun münasibət qurulacaq. Mən gözləyirəm ki, Türkiyə də Avropa İttifaqında institusional sədrliyə münasibətdə eyni şəkildə davranacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR