İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində qızıla tələbat bir ayda 32 faiz azalıb

522 13.12.2025 02:17 İqtisadiyyat A A

Çində topdansatış qızıl tələbi noyabr ayında oktyabr ayı ilə müqayisədə 32 faiz azalaraq 84 tona düşüb.

Musavat.com xəbər verir ki, məlumatı Dünya Qızıl Şurası (WGC) açıqlayıb. Bildirilir ki, bu, 2009-cu ildən bəri ay üçün ən aşağı səviyyə olub.

Azalmanın əsas səbəbi kimi zərgərlik sektorunda tələbatın zəifləməsi göstərilir: "Çində topdansatış qızıl tələbatının göstəricisi olan Şanxay birjasından qızılın alınması aylıq müqayisədə 32 faiz, illik müqayisədə isə 15 faiz azalaraq 84 tona düşüb ki, bu da 2009-cu ildən bəri ən zəif noyabr göstəricisidir".

WGC qeyd edir ki, azalma topdansatış tələbatının barometri olan Şanxay Qızıl Birjasından çıxarılmalarda əks olunur. Topdansatış tələbi oktyabr ayından bəri tədricən bərpa olunub, lakin bu ilin noyabr ayında tələb gözləniləndən xeyli zəif olub, qismən qızıl zərgərlik məhsullarına tələbatın əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır.

Ümumdünya Qızıl Şurasının hesabatında həmçinin bildirilir ki, ilin əvvəlindən bəri Çin rəsmi olaraq  26 ton qızıl alıb və bununla da ölkənin ümumi valyuta ehtiyatlarında qızılın payı 2024-cü ilin dekabr ayındakı 5,5 faizdən bu ilin noyabr ayında 8,3 faizə yüksəlib.

Qeyd edək ki, Çində qızıla tələbatın azalması dünyada bu qiymətli metalın ucuzlaşması üçün ciddi siqnal hesab olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR