İranın Ali dini lideri Əli Xamenei ilə bağlı beynəlxalq mediada ziddiyyətli məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, CNN İsrail tərəfinin Əli Xameneinin cəsədinin şəklini əldə etdiyini və bununla bağlı rəsmi açıqlamanın hazırlanmaqda olduğunu iddia edib.
Qeyd olunur ki, İran rəhbərliyi isə bu məlumatları təkzib edir və Xameneinin “sağ-salamat” olduğunu bəyan edir.
Eyni zamanda, “Tasnim” agentliyi İnqilab Liderinin Əsərlərinin Qorunması və Nəşri Ofisinə yaxın mənbəyə istinadla bildirib ki, Əli Xamenei sağdır və proseslərə qətiyyətlə rəhbərlik edir.
Hazırda məsələ ilə bağlı rəsmi və beynəlxalq səviyyədə təsdiqlənmiş yekun açıqlama yoxdur.
Musavat.com






