İnsanlara hürriyət, millətlərə istiqlal!

Cümə məscidinin axundunun oğlu zəncirvari qəza törətdi - Ölən var

771 14.02.2026 12:53 Hadisə A A

 

Ağcabədi şəhərində üç minik avtomobilinin toqquşması nəticəsində zəncirvari yol qəzası olub.

Qəza nəticəsində Vahid Nail oğlu Ələkbərov hadisə yerində ölüb, Hacımirzə Mərdan oğlu Rzayev və Rəhman Anar oğlu Cəfərov isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisəyə rayon sakini Hacımirzə Rzayevin avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.

Qəza nəticəsində Hacımirzə Rzayevin daxili orqanlarının kəskin zədələnməsi, Rəhman Anar Cəfərovun isə ayaqlarının müxtəlif dərəcəli sınıqları müəyyən edilib.

Qeyd edək, avtomobilin sürücüsü H.Rzayevin atası Rzayev Mərdan Ağcabədi rayonunun Cümə məscidinin keçmiş axundu olub.

Faktla bağlı araşdırma aparılır./Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR