Türkiyənin Diyarbəkir şəhərində Nurhayat E. 3 aylıq körpəsini qonaq getdiyi qayınatasının 4-cü mərtəbədəki mənzilinin pəncərəsindən atıb.
Musavat.com xəbər verir ki, hadisə səhər saatlarında Kayapınar rayonunun Fırat məhəlləsində baş verib.
Psixoloji problemləri olduğu bildirilən Nurhayat E. hadisə yerinə gələn polislər tərəfindən nəzarətə alınıb.
Tibbi qruplar körpənin öldüyünü müəyyən ediblər.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Musavat.com






