İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəniz mövsümü gəldi : Çimərliklərin qiyməti: 25-35 manat

463 03.06.2026 18:57 Sosial A A

Dəniz mövsümü artıq başlayıb. Xaricə səfər etmək imkanı olmayanlar istirahət üçün Bakıda və Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşən çimərliklərə üz tuturlar. Xəzər sahilində fəaliyyət göstərən pulsuz çimərliklərlə yanaşı, ödənişli istirahət məkanları da kifayət qədərdir. Lakin bu il ötən mövsümlə müqayisədə paytaxtın bir sıra pullu çimərliklərində qiymət artımı müşahidə olunur.


Musavat.com məşhur çimərliklərdə tətbiq olunan qiymətləri araşdırıb:


Glam Beach Baku


Giriş haqqı 10 manatdır. 5 yaşınadək uşaqlar üçün giriş ödənişsizdir. Çimərliyə kənardan yemək gətirməyə icazə verilmir.


Casablanca Beach


Böyüklər üçün giriş haqqı 20 manatdır. 6 yaşınadək uşaqlar üçün giriş pulsuzdur. 6-10 yaş arası uşaqlar üçün isə giriş haqqı 10 manat təşkil edir. Qiymətə dənizdən və hovuzdan istifadə, duş və dəsmal daxildir. Kabinələrdən istifadə mümkündür, lakin bunun üçün 100 manat depozit tələb olunur.


Ramada Baku Beach


Həftəiçi giriş haqqı 25 manat, həftəsonu isə 30 manatdır. Qiymətə hovuz, dəniz, şezlonq və dəsmaldan istifadə daxildir. 6 yaşınadək uşaqlar üçün giriş ödənişsizdir. 6-12 yaş arası uşaqlar üçün giriş haqqı həftəiçi 12 manat, həftəsonu isə 15 manatdır.


Dalğa Beach


Çimərlik zonasına giriş haqqı 10 manatdır. 9 yaşınadək uşaqlar üçün giriş pulsuzdur. Hazırda aquapark hissəsində təmir işləri aparılır.Qiymətə şezlonq, çətir, duş və soyunma kabinələrindən istifadə daxildir.


Nar & Sharab Restaurant & Beach


Giriş haqqı günlərdən asılı olaraq 25-30 manat arasında dəyişir. 6 yaşınadək bir uşaq üçün giriş pulsuzdur. Eyni ailədən ikinci uşaq üçün ödəniş tələb olunur. 6 yaşdan yuxarı uşaqlar üçün standart tarif tətbiq edilir.

My Beach Novxanı


Burada da qiymətlər həftəiçi və həftəsonu fərqlənir. Həftəiçi giriş haqqı 20 manat, həftəsonu isə 25 manatdır. 5 yaşınadək uşaqlar üçün hovuzdan istifadə pulsuzdur. 5-10 yaş arası uşaqlar üçün giriş haqqı 15 manatdır. Hovuzun qadınlar üçün ayrılmış hissəsinə yalnız 6 yaşınadək oğlan uşaqlarının daxil olmasına icazə verilir.


Amburan Beach Club

Həftəiçi giriş haqqı 25 manat, həftəsonu və bayram günlərində isə 35 manatdır. 9 yaşınadək uşaqlar üçün giriş ödənişsizdir. Qiymətə dəsmal, şezlonq, çətir, duş, uşaq otağından istifadə və əyləncə proqramları daxildir. Şkaf icarəsinin qiyməti 5 manat, depozit haqqı isə 10 manatdır. Göründüyü kimi, paytaxtın məşhur çimərliklərində istirahət etmək istəyən ailələr üçün xərclər ötən illə müqayisədə daha yüksəkdir. Xüsusilə çoxuşaqlı ailələr üçün giriş haqları və əlavə xidmətlər büdcəyə ciddi təsir göstərə bilər.


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR