İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Günay Ağamalı qəza törədib?- Özü danışdı

2209 13.02.2026 16:47 Hadisə A A

Milli Məclisin deputatı Günay Ağamalının idarə etdiyi avtomobilin Bakının Zabrat qəsəbəsində yolda sürət həddini aşaraq öndəki maşına çırpılması ilə bağlı xəbər yayılıb. 

Musavat.com bildirir ki, xəbəri Ajans.az etibarlı mənbəyə istinadla yayıb.

Manşet.az saytına açıqlama verən Günay Ağamalı isə yayılan xəbəri təkzib edib. 

“Mən heç bir qəza törətməmişəm, hər şey qaydasındadır. Hazırda heç bir problem yoxdur. Niyə və hansı səbəbdən yazılıb, bilmirəm. Belə bir hadisə baş verməyib. Mən hər hansı qəza keçirməmişəm. Ümumiyyətlə, özüm avtomobil idarə etmirəm",-deyə G. Ağamalı açıqlamasında bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR