İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dini dözümlülük dövlət siyasətinə çevrilib”

944 23.12.2025 12:51 Sosial A A

Deputat Ceyhun Məmmədov Milli Məclisin iclasında çıxış edib.

Musavat.com xəbər verir ki, o, Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar təbriklərini çatdırıb.

Bildirib ki, 1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna qədəm qoydu:

“Dahi şəxsiyyət Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri özündən sonra onun siyasi kursunu böyük uzaqgörənliklə və müdriklə davam etdirə biləcək layiqli varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Ulu Öndərin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü tam doğruldub”.

C.Məmmədovun sözlərinə görə, əsrə bərabər 22 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır:

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu gün Prezident İlham Əliyevin gərgin əməyi, güclü səyləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir.

Möhtərəm Prezidentimiz İlham Əliyev təhsil sahəsinə hər zaman yüksək diqqət göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsait ilk yerlərdən birini tutur. Eyni zamanda, dövlət başçısının uğurlu siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda dini dözümlülük və tolerantlıq dövlət siyasətinə çevrilib. Cənab Prezidentin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası, yenilərinin inşası sahəsində ardıcıl tədbirlər milli-mənəvi dəyərlərimizə olan böyük diqqətdir”.

C.Məmmədov bildirib ki, son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir:

“İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ildən indiyədək ölkədə dövlətin dəstəyi ilə 250-dən artıq məscid tikilib və bərpa edilib.

Bütün cəbrayıllılar adından möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın inkişafı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR