İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomatik inqilab – Pakistan ABŞ və İran arasında yeganə rəsmi vasitəçi elan edildi

781 20.04.2026 13:31 Siyasət A A

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai rəsmi Tehran və Vaşinqton arasındakı gərgin diplomatik prosesdə Pakistanın roluna dair şok bəyanat verib.

Musavat.com xəbər verir ki, Baqai hazırda Pakistanın ABŞ və İran arasında "yeganə rəsmi vasitəçi" olduğunu təsdiqləyərək, digər ölkələrin təmaslarına rəğmən, əsas diplomatik kanalın məhz İslamabad üzərindən qurulduğunu bildirib.

İsmayıl Baqai vurğulayıb ki, diplomatik prosesin effektivliyi tərəflərin öz öhdəliklərinə sadiqliyindən asılıdır. Artıq aprelin 8-də İslamabadda tərəflər arasında ilk raund danışıqların baş tutması və aprelin 21-nə qədər davam edən iki həftəlik atəşkəsin əldə olunması Pakistanın bu prosesdəki həlledici rolunu sübut edib.

Hazırda Pakistanın Ordu komandanı Asim Munir (Donald Trampın dili ilə desək, "Field-marşal") Vaşinqtonun yeni təkliflər paketini Tehrana çatdıraraq, ikinci raund danışıqların təşkili üçün intensiv "məkik diplomatiyası" həyata keçirir.

Baqai digər ölkələrin (məsələn, Türkiyə və Qətər) məsləhətləşmələr apardığını inkar etməsə də, rəsmi kanalın Pakistan olduğunu qeyd edib. Bu bəyanat ABŞ-ın dəniz blokadası və İranın Hörmüz boğazını yenidən bağlaması fonunda sülh ümidlərinin yalnız İslamabad üzərindən qaldığını göstərir.

İran rəsmisi bir daha təkrar edib ki, nüvə proqramının parametrləri müzakirə oluna bilər, lakin sanksiyaların dərhal qaldırılması və İranın xaricdəki 20 milyard dollarlıq aktivlərinin sərbəst buraxılması masadakı əsas şərtdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR