“Ural Hava Yolları” aviaşirkətinə məxsus U6 2411 saylı Domodedovo–Gəncə reysinin sərnişinləri Moskvanın Domodedovo hava limanında 3,5 saatdan artıqdır uçuşun baş tutmasını gözləyirlər.
Musavat.com xəbər verir ki, təyyarə səhər saatlarından etibarən havaya qalxa bilmir, uçuş vaxtı isə təxminən hər 30 dəqiqədən bir dəyişdirilir.
Sərnişinlərin bildirdiyinə görə, nə hava limanının nümayəndələri, nə də aviaşirkət gecikmənin səbəbləri barədə hər hansı rəsmi açıqlama verib.
Məlumata görə, təyyarə hələ də uçuşa hazır vəziyyətə gətirilməyib. Uçuş vaxtının davamlı təxirə salınması sərnişinlər arasında narahatlıq və ciddi narazılıq yaradıb.
Musavat.com






