İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən gözəl pişiyi Rusiyadan çıxdı FOTO

1402 14.01.2026 02:42 Maraqlı A A

World Cat Federation (WCF) 2025-ci ilin Best Cat reytinqini açıqlayıb. Siyahının zirvəsində Rusiyadan olan abissin pişiyi Darlen Fleur Dalmore Black qərarlaşıb. O, il ərzində beynəlxalq sərgilərdə topladığı nəticələrə görə təxminən 19,7 min bal qazanaraq birinci olub.

Musavat.com xəbər verir ki, cəmi 1,5 yaşı olan pişik 2024-cü ildə ilk dəfə sərgi rinqinə çıxıb. Həmin il 10 sərgidə iştirak edib və 2 mindən çox bal toplayaraq sürətli yüksəliş nümayiş etdirib.

İkinci yer — Tailanddan olan şotland visloqulaq pişiyi MelodySharm P-Shark (18,5 min bal).

Üçüncü yer — Belarusdan britan qısa tüklü pişiyi Moki TarLen Luxury (18,2 min bal).

Reytinq WCF-in il ərzində keçirilən beynəlxalq sərgilərində toplanan ümumi ballar əsasında formalaşdırılıb. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR