Kommersiya hüquqları ilə bağlı rekord razılaşma imzalanıb.
Musavat.com xəbər verir ki, TikTok platformasının ən məşhur simalarından olan Xabi Leymin brend hüquqları Rich Sparkle Holdings holdinqi tərəfindən alınıb. Razılaşma Leymin real iştirakı olmadan onun obrazından istifadəyə imkan verir — onu süni intellekt əsaslı rəqəmsal dublikat əvəzləyəcək.
Məlumata görə, yaradılacaq İİ-avatar 24/7 rejimində kontent istehsal edə, reklam kampaniyaları apara və müxtəlif dillərdə canlı yayımlar həyata keçirə biləcək. Süni intellekt Leymin üz cizgilərini, səsini və davranış modellərini təqlid edəcək.
Razılaşmanın maliyyə dəyəri 900–975 milyon dollar aralığında qiymətləndirilir. Analitiklərin proqnozlarına əsasən, livestream ticarəti və məhsul xətləri hesabına illik gəlir 4 milyard dollara çata bilər.
Qeyd olunur ki, bütün bunlara baxmayaraq, Xabi Leym şirkətdə nəzarət paketini özündə saxlayır və strateji qərarlarda əsas söz sahibi olaraq qalır.
Musavat.com






