Ermənistanda kilsə–dövlət münasibətləri son günlər görünməmiş səviyyədə gərginləşib.
Musavat.com xəbər verir ki, Paşinyan hakimiyyəti ilə Eçmiədzin arasında uzun müddət yığılan narazılıqlar artıq açıq qarşıdurmaya çevrilib. Kilsənin sərt bəyanatları, hökumətə yaxın ruhanilərin kilsə ayinlərinə müdaxiləsi və siyasi məqsədli dini tədbirlər ölkədə böhran yaratmaq üzrədir.
Gərginliyin əsas səbəbi Paşinyanın kilsəyə səfəri zamanı baş verən hadisələrdir. Səfər zamanı hökumətə yaxın ruhanilər kilsə rəhbərliyinin icazəsi olmadan ayin keçirib. Eçmiədzin bunu kilsə qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndirib.
Eçmiədzin ruhaniləri ənənələrə qayıtmağa çağıraraq hökumətin kilsəyə zorakı müdaxiləsini və siyasi məqsədlərlə keçirilən “alternativ ayinləri” pisləyib.
Paşinyan hakimiyyətinə yaxın bəzi ruhanilərin yeni katalikos layihəsi üzərində çalışaraq bölgələrdə kilsə rəhbərliyindən yan keçməsi Eçmiədzində ciddi narahatlıq yaradıb. Kilsə bunu parçalanma cəhdi adlandırır.
Kilsə bildirir ki, dövlət rəsmilərinin ayinləri yönləndirməsi, ruhanilərin siyasi loyallığa görə bölünməsi və rəhbərliyin səlahiyyətlərindən yan keçilməsi həm kanonik normaları, həm də konstitusiyanı pozur.
Msuavat.com






