İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməliyyatla üzünü dəyişdirdi, tanınmaz hala düşdü - FOTO

989 10.02.2026 22:25 Şou-biznes A A

Keçmiş "Survivor" iştirakçısı Didem Ceran 2026-cı ilin əvvəlində Cənubi Koreyada keçirdiyi üz rekonstruktiv əməliyyatı ilə yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, onun əməliyyatı "üz nəqli" kimi təqdim etməsi sosial mediada ciddi müzakirələrə səbəb olub.

Didem Ceran sosial media paylaşımlarında əməliyyatın klassik üz gərmə prosedurlarından tamamilə fərqli olduğunu bildirib. Onun sözlərinə görə, müdaxilə yalnız dəri səviyyəsində aparılmayıb, üz skeleti və sümük quruluşu da yenidən formalaşdırılıb. Məhz bu səbəbdən Ceran prosesi "üz nəqli" kimi adlandırıb.

Məlumata görə, əməliyyat çərçivəsində çənə sümüklərində osteotomiya aparılıb, sümüklər yenidən yerləşdirilib və üzün dərin qatlarını əhatə edən "dərin müstəvi üz qaldırma" texnikası tətbiq olunub. Prosedurun tərkib hissəsi kimi göz və dodaq estetikası da həyata keçirilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR