ABŞ Ədliyyə Nazirliyinin materiallarında yer alan yeni ifadə qalmaqallı işlə bağlı müzakirələri yenidən alovlandırıb.
Musavat.com xəbər verir ki, istintaqın məlumatına görə, adının açıqlanmasını istəməyən 15 yaşlı qız ifadəsində mərhum maliyyəçi Jeffrey Epstein üçün qurbanların necə seçildiyini danışıb. Onun sözlərinə əsasən, Epşteyni əsasən arıq bədən quruluşuna malik, boyca kiçik, yetkinlik yaşına çatmayan sarışın qızlar maraqlandırıb.
İstintaq materiallarında qeyd olunur ki, Epşteynin seçimində irq faktoru da rol oynayıb. Belə ki, ifadəyə görə, o, tünddərili qızlara maraq göstərməyib. Bu detallar uzun illər gizli saxlanılan cinayət şəbəkəsinin daxili mexanizmlərinə dair ciddi suallar doğurur.
Məlumatda bildirilir ki, adı çəkilməyən yeniyetmə qız Epşteyn üçün digər azyaşlıları tapmaqda və əlaqələndirmədə istifadə olunub. ABŞ hüquq-mühafizə orqanları bu cür ifadələrin iş üzrə məsul şəxslərin və mümkün şəriklərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayır.
Qeyd edək ki, Epşteyn işi ABŞ-da yüksək vəzifəli şəxslər, biznes və siyasi dairələrlə mümkün əlaqələr səbəbindən hələ də cəmiyyətin diqqət mərkəzindədir.
Musavat.com






