İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçı Trampın nümayəndəsi ilə danışdı: Həftəsonu görüş reallaşa bilər

513 12.01.2026 23:31 Siyasət A A

ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi İrandakı iğtişaşları və həftəsonu görüş ehtimalını müzakirə ediblər.

Musavat.com xəbər verir ki, məlumatı "Axios" mənbələrə istinadən yayıb: "Əraqçi həftəsonu ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi güc tətbiq etmək təhdidləri fonunda Vitkoffla əlaqə saxlayıb".  Bildirilir ki, onlar "yaxın günlərdə görüş ehtimalını müzakirə ediblər". Mənbələrə görə, "bu əlaqə, görünür, İranın ABŞ ilə gərginliyin azaldılmasını təmin etmək və ya ən azı Trampın islam respublikasına qarşı hər hansı bir hərəkət əmri verməzdən əvvəl vaxt qazanmaq" cəhdi olub.

Mənbələr Vitkoff və Əraqçinin telefonla danışıb-danışmadığını və ya SMS mübadiləsi aparıb-apaşmadığını dəqiqləşdirməyiblər. Qeyd olunur ki, onlar keçmişdə də Tehranın nüvə proqramını müzakirə etmək üçün mesaj mübadiləsi aparıblar.

Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai Əraqçi və ABŞ prezidentinin nümayəndəsinin xüsusi rabitə kanalı vasitəsilə mesaj mübadiləsi apardıqlarını bildirmişdi.

Prezident Donald Tramp isə İrandan Vaşinqtona zəng edilərək, danışıqlar təklif olunduğunu demişdi.

 Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR