İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni keşiş: “Paşinyan kənd ruhanilərinin sosial durumundan danışır, amma bizim telefon və kompüterlər hələ də qaytarılmayıb”

384 04.12.2025 22:02 Dünya A A

Musavat.com xəbər verir ki, Ermənistanın Araagatsotn yeparxiyasında aparılan axtarışlardan artıq bir aya yaxın vaxt keçsə də, götürülən avadanlıqlar ruhaniyə hələ də geri verilməyib.

Məlumatı Büraqandakı Müqəddəs İoann kilsəsinin keşişi Vrtanes Bağalyan “Sputnik Armenia”ya bildirib. Onun sözlərinə görə, oktyabr ayında aparılan əməliyyat zamanı 6 mobil telefon (özünün, həyat yoldaşının və bütün övladlarının cihazları) və 3 kompüter prosessoru müsadirə edilib.

Keşiş qeyd edir ki, bu qədər müddət keçməsinə baxmayaraq, istintaq texnikanı geri qaytarmağa tələsmir:

“Əslində həmin məlumatları 10 dəqiqəyə yoxlayıb qaytarmaq olardı. Amma bunun əvəzinə ailə üzvlərimə — müəllim işləyən həyat yoldaşıma və universitet tələbəsi olan övladlarıma ciddi çətinlik yaradırlar”.

Bağalyan Paşinyanın kənd ruhanilərinin sosial vəziyyətinə qayğı göstərdiyini iddia etməsini istehza ilə xatırladaraq bildirir ki, real durumda bu sözlər öz təsdiqini tapmır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR