İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Moskvada da Paşinyanı etirazla qarşıladılar

514 11.12.2025 16:58 Region A A

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 11-də Moskvada Ermənistanın Rusiyadakı səfirliyi qarşısında təşkil olunmuş mitinqlə qarşılanıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Etirazçılar əllərində həbs olunmuş ruhanilərin fotoşəkilləri olan plakatlar tutublar.

Aksiyaya din xadimləri də qoşulub. Onlar Rusiyada yaşayan erməniləri birləşməyə və bütün ermənilərin kilsəsi və katolikosunun yanında olmağa çağırıblar.

Xatırladaq ki, ermənilər dünən Paşinyanın işgüzar səfərdə olduğu Berlində də etiraz aksiyası təşkil etmişdilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR