İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiya "İskəndər"lərini BU RAKETLƏRLƏ ƏVƏZLƏYİR: DETALLAR

949 08.05.2026 14:49 Siyasət A A

Hazırda Ermənistanın sərəncamında cəmi 4 ədəd "İskəndər" buraxılış qurğusu mövcuddur.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, İrəvan Rusiyanı etibarsız tərəfdaş hesab etdiyindən artıq bu raket komplekslərinə tam arxayın ola bilmir və alternativ olaraq Hindistanın "Pralay" ballistik raketlərini almağı nəzərdən keçirir.

İlham Əliyev ''İsgəndər-M'' barədə Rusiyadan cavab istəyir - BBC News  Azərbaycanca

"The New Indian Express" nəşrinin məlumatına görə, tərəflər arasında danışıqlar kifayət qədər irəliləmiş mərhələdədir.

Hazırda sistemin satın alınma qiyməti müzakirə olunur.

Nəşr iddia edir ki, Ermənistan bu addımla Azərbaycanın İsrail istehsalı olan "Lora" operativ-taktiki raket komplekslərinə qarşı çəkindirici vasitə əldə etməyə çalışır.

Jurnalistlər qeyd edir ki, söhbət uçuş məsafəsi 290 km-ə qədər olan ixrac variantından gedir. Bu, Rusiyanın tədarük etdiyi "İskəndər-E" komplekslərinin imkanları ilə üst-üstə düşür.

Azərbaycan Həkəri körpüsünü LORA raketi ilə vurub - VİDEO | KONKRET

"Defense Express" ekspertləri vurğulayırlar ki, müasir döyüş meydanında uzaqmənzilli zərbə vasitələrinin axtarışı məntiqlidir.

Onların fikrincə, Ermənistandakı "İskəndər"lərin sayı azdır və raketlərin tətbiqi ilə bağlı texniki suallar mövcuddur.

Analitiklər hesab edirlər ki, Rusiya öz istehsalı olan ballistik raketlərlə zərbə endirilməsinə məhdudiyyətlər qoymuş ola bilər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) uğursuzluğu ilə birlikdə bu amillər "İskəndər"i artıq etibarlı çəkindirmə vasitəsi olmaqdan çıxarır.

Ermənistan artıq Hindistandan yedəkli və özüyeriyən artilleriya, zenit-raket kompleksləri və "Pinaka" yaylım atəşli reaktiv sistemləri alıb. Lakin xatırladılır ki, Hindistan mediası daha əvvəl Hindistan istehsalı olan "Su-30MKI" qırıcılarının satışı barədə məlumat yaysa da, sonradan bu, tərəflər tərəfindən təkzib edilmişdi. Ona görə də ballistik raket müqaviləsinin imzalanıb-imzalanmayacağı hələlik sual altındadır.

India's Pralay ballistic missile: a step towards a rocket force?

Məlumat üçün bildirək ki, "Pralay" bərk yanacaqlı ballistik raketdir, döyüş başlığının çəkisi 350-700 kq, mənzili isə 500 km-ə qədərdir. Raketin 10 metr və daha az dəqiqliklə hədəfi vurduğu iddia edilsə də, ekspertlər buna skeptik yanaşırlar. Hazırda sistem sınaqların final mərhələsindədir, lakin Ermənistanın rəsmi olaraq tamamlanmamış silahları ilk sifariş edən ölkə olması təcrübəsi artıq mövcuddur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR