İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda 10 nəfər saxlanıldı

618 15.10.2025 15:46 Region A A

Lori (tarixi Loru əyaləti - red.) bölgəsində törədilmiş silahlı cinayət hadisəsi ilə əlaqədar 7 nəfər saxlanılıb.

Musavat.com bu barədə erməni mediasına istinadla bildirir.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xuliqanlıqda şübhəli bilinən 7 nəfər saxlanılaraq İstintaq Komitəsinə aparılıb. İstintaq Komitəsi öz növbəsində xuliqanlıq maddəsi ilə başlanmış cinayət işi üzrə 10 nəfərin saxlanıldığını bildirib.

Məlumata görə, oktyabrın 14-də Lori bölgəsində atışma baş verib.

Milli Assambleyanın keçmiş deputatı, Ermənistan Respublika Partiyasının üzvü, tanınmış iş adamı Arkadi Hambardzumyanın (Derjavay Arkadi) evinin yaxınlığında əlbəyaxa dava və atışma olub. Saxlanılanlar arasında Hambardzumyanın oğlu da var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR