İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda eks-deputatın qohumuna ŞOK

712 22.12.2025 13:26 Region A A

Zöhran Asatryan barəsində Ermənistan Cinayət Məcəlləsinin 335.1-ci və 396.1-ci maddələri üzrə cinayət təqibi başlanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Respublika İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Zöhran Asatryan barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları məhkəmə qərarı əsasında Asatryanın evində və iş yerində axtarışlar aparıblar. Axtarış zamanı Zöhran Asatryandan ağ kristal kütlə, ağ tozşəkilli maddə, “Makarov” tapançası və digər əşyalar aşkar edilib.

Xatırladaq ki, Asatryan Ermənistan parlamentinin sabiq deputatı Akop Akopyanın (Ermənistan ictimaiyyətində “Ledi Akop” kimi tanınır) yaxın qohumudur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR