İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda revanşist müxalifətin isteriyası: Avropa liderlərini hədəf aldılar

486 04.05.2026 13:34 Ölkə A A


Ermənistanda keçirilən beynəlxalq sammit fonunda Paşonyan iqtidarına yerli revanşist müxalifətdən sərt ittihamlər gəlir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Ölkə üçün” partiyasının həmtəsisçisi Mane Tandilyan Avropa Siyasi Birliyi sammitində iştirak edən Avropa liderlərinin əslində Ermənistanda daxili siyasi proseslərə təsir göstərdiyini iddia edib.
O çıxışında bildirib ki, Avropa ölkələrinin rəhbərlərinin İrəvana gəlməsi təsadüfi deyil və bunu “erməni xalqının seçiminə müdaxilə” kimi qiymətləndirib.

Revanşist siyasətçi iddia edib ki, hazırkı hakimiyyət “sülh” ritorikasından daxili siyasi məqsədlər üçün istifadə edir və bunu seçki öncəsi öz mövqeyini möhkəmləndirmək vasitəsinə çevirir.
Tandilyanın iddiasına görə, Avropa ilə bu cür yaxınlaşma Ermənistan üçün real nəticələr vermir, əksinə, hakimiyyətin legitimliyini gücləndirmək məqsədi daşıyır.

Tandilyan sonda vurğulayıb ki, Avropa liderlərinin İrəvanda iştirakı sadəcə diplomatik hadisə deyil, həm də Ermənistanda siyasi balansı dəyişməyə yönəlmiş addım kimi qiymətləndirilməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR