İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyyub Yaqubov ilk dəfə musiqili tamaşada rol alacaq FOTO

1072 23.01.2026 15:10 Şou-biznes A A

Xalq artisti Eyyub Yaqubov ilk dəfə musiqili tamaşada iştirak edəcək.

Musavat.com verir ki, tamaşa martın 5-də Heydər Əliyev Sarayında səhnəyə qoyulacaq.

Sənətkar böyük səhnədə görkəmli Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyn Cavid obrazını canlandıracaq.

Tamaşanın əsas leytmotivi Hüseyn Cavidin məşhur misralarıdır:

"Turana qılıncdan daha kəskin, ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"

Layihədə Xalq artisti Mehriban Zəki, aktyor Elşən Əsgərov, tanınmış musiqiçi Vaqif Əsədov, pianoçu-pedaqoq Gülsüm Eldarova və C.Cahangirov adına xor kollektivi də iştirak edirlər.

Tamaşada Hüseyn Cavidin həyat yolunu əks etdirən təsirli səhnə fraqmentləri, kövrək sevgi hekayəsi, dramaturqun möhtəşəm pyeslərindən parçalar, incə şeirlər və Eyyub Yaqubovun ifasında səslənən sevilən mahnılar yer alacaq.

Musavat.com

Eyyub Yaqubov ilk dəfə musiqili tamaşada rol alacaq

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR