"Son illər ərzində vəkillik dinamik inkişaf edir. Vəkillərin sayı durmadan artır".
Musavat.com xəbər verir ki, bu fikirləri bu gün Kollegiyanın sədri Anar Bağırov Vəkillər Kollegiyasının təntənəli mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gələn il vəkillərin sayı Azərbaycanda 3 mini ötəcək.
“Bu rəqəm getdikcə daha artacaq.Çünki vəkilliyə çox böyük maraq var. Hər il yüzlərlə hüquqşünas vəkilliyə imtahanda iştirak edir. Ən savadlı namizədlər vəkil statusunu əldə edir”.
A.Bağırov qeyd edib ki, hazırda "Vəkil evi" nin tikitisi Bakıda davam edir və gələn il təntənəli açılış mərasimi olacaq.
“Gələn il həmçinin vəkillik fəaliyyəti adlı dərslik çap olunacaq.Bu da hüquq tariximuzdə bir ilkdir. Məqsəd vəkillik peşəsinə tələbəlır arasında marağı artırmaqdır”,-deyə o əlavə edib.
Şahanə Rəhimli
Musavat.com






