İnsanlara hürriyət, millətlərə istiqlal!

Generalın qardaşı FHN-dəki vəzifəsindən azad olundu

1373 26.01.2026 12:53 Ölkə A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsinin rəis müavini vəzifəsindən azad olunub.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Mübariz Abduyev öz ərizəsi ilə vəzifəsdən azad olunaraq, dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Mübariz Abduyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevin qardaşıdır. Sadiq Abduyev 2018-ci ildə "dərman mafiyası"na qarşı hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat zamanı vəzifəsindən azad olunub./Qaynarinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR