Milli Məclisin deputatı Fazıl Mustafa son məqaləsində Güney Azərbaycan və Vahid (Bütöv) Azərbaycan ideyasını mifoloji konstruksiya kimi təqdim edir, bu anlayışın sovet dövründə, konkret olaraq Stalin ideoloji xətti ilə formalaşdırıldığını vurğulayır. Bu yanaşma isə istər-istəməz ciddi suallar doğurur: əgər Vahid və ya Bütöv Azərbaycan ideyası mifdirsə, onda Məhəmməd Əmin Rəsulzadənin, Elçibəyin və ümumilikdə Azərbaycan milli ideologiyasının əsas sütunlarından biri kimi onillərlə müdafiə edilən bu konsepsiya necə izah olunmalıdır? Bu ideya milli azadlıq düşüncəsinin təbii nəticəsi idimi, yoxsa sonradan ideoloji çərçivəyə salınmış siyasi narrativ?
Ümumiyyətlə, hazırda İranda gedən proseslərin gedişini necə qiymətləndirmək olar? Bu, siyasi çevrilişlə nəticələnəcək, yoxsa molla rejimi dirəniş göstərəcək?
Bu sualların hər birini bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonaqlarımız millət vəkili Fazil Mustafa və eks baş nazir Pənah Hüseyn olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/@musavattv/streams






