İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyda qəzaya düşən mikroavtobus aşdı - 7 qadın yaralandı - FOTO

614 05.05.2026 10:37 Hadisə A A

Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rəhimli kəndində “Ford” markalı avtomobillə mikroavtobus toqquşub. Zərbənin təsirindən mikroavtobus yolun hərəkət hissəsində aşıb.

Nəticədə, mikroavtobusda olan 40 yaşlı X.Cəfərova, 44 yaşlı S.Quluyeva, 51 yaşlı Ş.Abdullayeva, 64 yaşlı N.Mustafayeva, 54 yaşlı Z.Məmmədova, 37 yaşlı A.Şirinova və 53 yaşlı Y.Məmmədova xəsarət alıb.

Onlar əkin sahəsində çalışan fəhlələr olub.

Araşdırma aparılır./qafqazinfo.az/



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR