Ermənistanda son altı ayda Göyçə gölünün su səviyyəsində ciddi azalma qeydə alınıb.
Musavat.com xəbər verir ki, 28 dekabr tarixinə gölün səviyyəsi 1900,22 metr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 santimetr aşağıdır.
Bu barədə mətbuat konfransında “Hidrometeorologiya və Monitorinq Mərkəzi”nin direktoru Levon Azizyan məlumat verib. Onun sözlərinə görə, əsas səbəb uzunmüddətli quraqlıq şəraiti olub.
Azizyan bildirib ki, hidroloji baxımdan 2025-ci il əlverişli olmayıb. Xüsusilə qış və yaz aylarının nisbətən quraq keçməsi Göyçə gölünün su balansına mənfi təsir göstərib. Nəticədə gölə daxil olan su həcmi azalıb və səviyyənin enməsi qaçılmaz olub.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, mövcud iqlim tendensiyası davam edərsə, Göyçə gölündə su ehtiyatları ilə bağlı problemlər daha da dərinləşə bilər.






